12 C
Baku
Monday, November 18, 2024

“Unibank” kapitalını bir qədər də artırır

İyulun 25-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə kredit təşkilatının nizamnamə kapitalının artırılması məsələsi daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119,686 mln. manatdır. Bankın səhmlərinin 21,9%-ш Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 27,6%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 50,5%-i isə Müşahidə Şurasının sədri Eldar Qəribov da daxil olmaqla yerli fiziki şəxslərə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər