“Unibank” ASC-nin karantin rejiminin tətbiq edildiyi müddətdə işçi sayı daha da artıb.
Bu barədə Banker.az Bankın yarımillik hesabatına istinadən xəbər verir.
1 iyul 2020-ci il tarixinə “Unibank”ın işçi sayı 1325 nəfər təşkil etmişdir. İşçi sayı aprel-iyun ayları ərzində 65 nəfər, ilin əvvəli ilə müqayisədə isə 97 nəfər artmışdır.
Ötən ilin müvafiq dövründə isə “Unibank”ın işçilərinin sayı 1 193 nəfər olub ki, bu da illik müqayisədə bankın işçi heyətinin 132 nəfər artması deməkdir.
Bununla da ölkədə 3-cü ən böyük işçi heyətinə sahib statusunu qorumalı olub. Məlumat üçün bildirək ki, ilk pillədə “Kapital Bank”, ikinci isə Azərbaycan Beynəlxalq Bankıdır.
Unibank – 125.69 mln. manat səhm kapitalına sahibdir. Kapitalına aşağıdakı şəxslər sahibdir:
- 86,4% – Eldar Qəribov
- 7,6% – “Canley Finance SA” Təşkilatı
- 2,5% – Zemfira Cəfərova
- 2,2% – Tsagkamilis Georgios
- 0,8% – İnna İvaşenko
- 0,3% – Faiq Hüseynov
- 0,2% – Emin Quliyev
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb.