30 C
Baku
Monday, July 8, 2024

Unibank kartları daha da təhlükəsiz oldu

Unibank-ın Millikartla birgə hazırladığı yeni – Verified by Visa layihəsi plastik kartla internet vasitəsilə aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu layihə kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir. 

Verified by Visa – debet və kredit kartlarında əlavə olaraq təhlükəsizliyi artırmaq və müştərinin ikili qeydiyyat yoxlanışını təsdiq etmək üçün göstərilən xidmət növüdür. Bu xidmət hələ ki yalnız Visa şirkətinin kartlarına aiddir.

Verified by Visa xidmətindən istifadə edən müştəri internetdə hər dəfə ödəniş edərkən əlavə olaraq ödənişi təsdiqləmək üçün sistemdən qeydiyyatdan keçdiyi zaman özünün qeyd etdiyi parolu daxil etməlidir.

Əgər müştəri öz kartını əvvəlcədən qeydiyyatdan keçirməzsə,bu zaman əməliyyat təhlükəsiz sayılmır və məsuliyyət kart sahibinin üzərinə düşür.

Bu təhlükəsizlik xidmətindən istifadə üçün müştərilər https://signup3d.millikart.az saytında qeydiyyatdan keçməlidirlər. Verified by Visa xidmətinə keçidlə bağlı müştərilər sms vasitəsi ilə məlumatlandırılır. Xidmətə qoşulmaq qaydaları ilə unibank.az saytında http://www.unibank.az/az/private-clients/plastic-cards/3d-enrollment linkində tanış olmaq olar.

Son xəbərlər
Digər xəbərlər