15 C
Baku
Friday, March 29, 2024

“Unibank KB”ın səhmləri daha yüksək bazar seqmentinə keçirilib

“Unibank KB” ASC daha yüksək bazar seqmentinə keçirilib.
 
Banker.az xəbər verir ki, Bakı Fond Birjasının yenilənmiş Listinq qaydalarının tələblərinə əsasən “Unibank KB” ASC-nin səhmləri alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilib. 
 
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
 
 
 
Son xəbərlər
Digər xəbərlər