“Unibank KB” istehlak kreditinin faiz dərəcəsini endirib

Unibank

“Unibank KB” ASC istehlak kreditlərindən birinin illik faiz dərəcəsini 2 faiz bəndi azaldıb.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın fiziki şəxslər üçün təklif etdiyi “Nağd kredit”nin faiz dərəcəsinin başlanğıc dərəcəsi 18%-dən 16%-ə qədər azaldılıb.

Qeyd edək ki, bu krediti gəlirliliyi təsdiq edən sənədlə əldə etmək mümkündür.

Minimal məbləğ 300 manat, maksimal məbləğ isə 20 000 manat və 60 aya qədər müddətlə verilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.