-1 C
Baku
Sunday, December 15, 2024

Unibank kredit  komissiyalarını aşağı saldı

Unibank istehlak kreditləri üzrə komissiya xərclərini azaltdı. Banka müraciət edən müştərilər həm manat, həm də dollar valyutasında kreditləri cəmi 1%-lik  komissiya xərci ilə əldə edə bilirlər. Unibank-ın nağd kreditlər üzrə illik faiz dərəcələri də çox sərfəli olub. Kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq, 23%  ilə  32% aralığında dəyişə bilər.

Hal- hazırda Unibank-da “0% komissiyalı kredit “ kampaniyası davam edir. Kampaniya çərçivəsində 11 iyuladək Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət qulluqçuları və hərbiçilər bank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edirlər. Bu aksiya həm manat həm də dollar kreditlərinə şamil olunur.

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər