11 C
Baku
Tuesday, November 26, 2024

“UniBank” kreditləşmə üzrə şərtləri dəyişib

Artıq bir müddətdir ki, kredit bazarında canlanma müşahidə olunmaqdadır. Pərakəndə Bankçılıq sektorunun liderləri ard-arda kredit şərtlərini sadələşdirməklə satışlarını artırmağa çalışırlar. Növbəti bu tip addım UniBankdan gəldi. Bankdan əldə etdiyimiz məlumata görə müştərinin xalis gəlirinə olan tələb 175 AZN-dən 100 AZN-ə qədər endirilib. Bu addımı atmaqla Bank rəsmi gəliri daha aşağı olan müştərilərə də kredit əldə etmək imkanı yaratmış oldu. Lakin xalis gəliri 175 AZN-dən  aşağı olan müştərilər üzrə kreditin faiz dərəcəsi və komissiyası standart şərtlərdən bir qədər fərqlidir. Həmin fərqlilikləri diqqətinizə çatdırırıq:

İllik faiz dərəcəsi

  • 12 aylıq kreditlər üzrə – 31%
  • 18 aylıq kreditlər üzrə – 32%
  • 24 aylıq kreditlər üzrə – 33%

Komissiya

  • Kredit proseduruna görə komissiya: 4%
  • Nağdlaşdırma üzrə komissiya: 1%

Əmək haqqısı 175 AZN-dən yuxarı olan müştərilər üzrə şərtlər dəyişməz olaraq qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər