18 C
Baku
Sunday, September 29, 2024

Unibank lider banklar siyahısındadır

Unibank  ölkədə elektron ticarətin inkişafına ən çox dəstək verən banklar siyahısındadır. Mərkəzi Bankın açıqlamasına görə,  Unibank 2015-ci il üzrə ödəniş kartları ilə elektron ticarət vasitəsilə aparılan nağdsız ödənişlərin həcminə görə “Elektron  ticarətin inkişafında lider bank”   nominasiyası üzrə lider banklardan seçilib.

Unibank ölkədə nağdsız əməliyyatların və  elektron ticarətin inkişafına daim dəstək verir və öz fəaliyyətində bu prinsipləri əsas tutur. Hazırda bank 0.5 milyona yaxın ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Unibank-ın partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz  şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az bankın böyük  partnyorlarından biridir.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

 

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər