27 C
Baku
Wednesday, June 26, 2024

“Unibank” manatda 9%-lik istiqraz buraxır

“Unibank Kommersiya Bankı” ASC fond bazarından 20 mln. manatlıq faizli borc cəlb edir.

Banker.az  bu barədə Bankın yeni buraxacaq səhm emissiyası paketi ilə bağlı sənədə istinadən xəbər verir.

“Unibank”ın istiqrazlarının hər biri 1000 manat olmaqla 20 000 ədəd emissiya ediləcək.

Emissiya prospektində istiqrazların illik ödəniş faizi 9% olmaqla tədavül müddəti 3 il (18 ay) təşkil edəcəkdir. İstiqrazlar üzrə ödənişlər isə 3 aydan bir ödəniləcək.

Qeyd edək ki, “Unibank” altı illik və illik faizi 6% olan 15 mln. dollarlıq istiqrazlar emissiya etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər