“Unibank KB” ASC milli valyuta olan manatdakı əmanətlərin faiz dərəcələrini artırıb.
Bu barədə Banker.az-ın Monitorinq Qrupu bildirir.
“Proqressiv” əmanətin illik faiz dərəcəsini 8%-dən 10%-ə, “Yığım” əmanətin, 7%-dən 9.5%-ə, “Müddətli” əmanətin 10.5%-dən 11%-ə yüksəldilib.
Qeyd edək ki, bank “Yığım” əmanətini yalnız manatda, “Proqressiv” əmanət manatla yanaşı dollarda və “Müddətli” əmanət isə dollar və avroda da qəbul edir.