“Unibank KB” ASC-nin manatda olan müddətli əmanətinin faiz dərəcəsi 0.5 faiz bəndi endirilib.
Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın Müddətli depozitinin illik faiz dərəcəsi 10%-dən 9.5%-ə qədər azaldılıb.
Qeyd edək ki, bu əmanət ABŞ dollarında, avroda da cəlb edilir. ABŞ dollarında illik 1.5%, avroda isə 0.1% illik ödəniş faizi ilə təklif edir.