Unibank manatda müddətli əmanət faizini artırıb.
Banker.az xəbər verir ki, bankın müddətli manat əmanətinin həm aylıq ödəniş, həm də müddətin sonunda ödəniş faizində artım var.
Belə ki, 12 aylıq müddətli manat əmanətinin ayda bir dəfə ödəniş faizi 9.5%-dən 10%-ə, müddətin sonunda ödəniş faizi isə 10%-dən 10.5%-ə yüksəldilib.