15 C
Baku
Sunday, November 24, 2024

 Unibank müştərələrinə yenə qazandırdı

Bankdan kredit götürürsən, amma krediti sənin əvəzinə bank özü ödəyir və hətta sənə pul mükafatı da verir. Mümkün deyil? Unibankda mümkündür. Artıq Unibank müştəriləri bu qaydadan xəbərdardırlar. Bu gün isə daha 26 müştəri Unibankın keçirdiyi lotereyanın qalibi olaraq, pul mükafatı qazanıblar. 

Unibank 90.000 manatlıq uduş fondu olan “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının daha bir tirajının qaliblərini açıqladı.9-cu tirajın 26 qalibi müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000  manat  pul mükafatı əldə ediblər.

Lotereya tirajlarında  ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcəkdir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6000 AZN   təşkil edir.  Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman  qalibə  qalıq məbləğ təqdim edilir.

Qaliblərin siyahısı bankın saytında  yerləşdirib  (http://www.unibank.az/az/about-bank/news/272/)  və “525-ci qəzet”in sabahkı sayında dərc olunacaq.

Unibankı seçin ki, qazanclı çıxasınız!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan  əldə etmək olar.

Unibank-hər kəsin bankı.

Son xəbərlər
Digər xəbərlər