5 C
Baku
Saturday, December 14, 2024

Unibank-ın müştərisi niyə bankın tarixinə düşdü?

Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir. Neft-qaz şirkətlərinin birinin əməkdaşı  olan Unibank müştərisini “günün adamı” edən isə onun seçimidir.  Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşdü: “Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm,  hətta mobil telefonumun, ailə üzvlərimin  mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsziliyidir”.

Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir:  “Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri  bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”.

 

İndi Unibank müştərisi olan hər kəsin “günün adamı” seçilmək şansı var. 100.000-ci müştəri olmasanız da, Unibank Mobile istifadəçisi olmaqla,  2018 AZN qazana bilərsiniz. Çünki yanvarın 15-dək Unibank Mobile-la edilən  əməliyyatlar sizi müxtəlif pul uduşları qazandıran lotereyanın iştirakçısına çevirəcək.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile- bankdan daha yaxın!

Son xəbərlər
Digər xəbərlər