Unibank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb.
Nizami Əkbərov Prezident fərmanından faydalanan Unibank müştərilərindən biridir. Restrukturizasiya müqaviləsi imzaladığı anda onun 524 manatlıq cərimə məbləği silinib. Müqavilədən sonra müştərinin aylıq kredit ödənişi 4 dəfəyədək azalıb. İlk bir il ərzində isə Unibank müştərisi banka ayda cəmi 43 qəpik kredit ödənişi edəcək.
Restrukturizasiya prosesi başlayandan, minlərlə Unibank müştərisi aylıq ödənişlərini dəfələrlə azaldan, cərimə məbləğinin anında silinməsinə imkan yaradan restrukturizasiya müqaviləsinə imza atıb.
Restrukturizasiya prosesi müştəriyə aşağıdakı üstünlükləri verir:
- Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir;
- Aylıq ödənişi 3-4 dəfəyədək azalır;
- İlk il yalnız faiz məbləği ödəndiyindən, müştərinin ödənişi çox cüzi məbləğ təşkil edir;
- Müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsi formalaşır.
Restrukturizasiya prosesini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejimində işləməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edir.
Həftəiçi ilə yanaşı, şənbə və bazar günləri səhər saat 10.00-dan axşam 18.00-dək bankın “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları restrukturizasiya ilə bağlı müştərilərə xidmət göstərir.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə – 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir.
Restrukturizasiya prosesinin bitməsinə cəmi 2 həftə qalıb. Unibank, hələ də restrukturizasiyası müqaviləsi imzalamayan müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, bu fürsətdən faydalanmağa çağırır.
Unibank- hər kəsin bankı!