12 C
Baku
Saturday, November 23, 2024

Unibank nizamnamə kapitalını artırıb

Bakı Fond Birjasında Unibank KB ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92  manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb. Bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı artaraq 130 686 357,60 manata çatıb. Emissiyanın yekunları haqda hesabat artıq Mərkəzi Bank tərəfindən təsdiq olunub. Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub. 

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Əlavə kapital qoyuluşu ilə bağlı səhmdarların qərarı ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamın göstəricisidir.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank-Sənin Bankın!

Son xəbərlər
Digər xəbərlər