12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

“Unibank” ölkədə xalis mənfəət əldə edən 3-cü ən böyük bank oldu – Hesabat

“Unibank KB” ASC 2019-cu ilin ilk 6 ayı ərzində 62,44 mln. manatlıq xalis mənfəət açıqlayıb. Bu mənfəətlə ABB (300 mln manat) və Kapital Bank-dan (73 mln. manat) sonra 3-cü ən böyük xalis mənfəət açıqlayan bank olur.

Banker.az bu barədə Unibank-ın 2-ci rübə olan maliyyə hesabatına istinadən xəbər verir.

Bankın 2019-cu ilin ilk 6 ayında faiz gəlirləri 42,04 mln. manat, faiz xərcləri 16,94 mln. manat təşkil edib. 

Bununla belə bankın problemli kreditlərin geri dönüşü hesabına xalis mənfəətə əlavə 57,78 mln. vəsait daxil olub bu səbəbdən də bank bu böyüklükdə xalis mənfəət əldə edə bilib.

“Unibank” bu xalis mənfəətdən sonra balansındakı yığılmış zərəri 70 mln. manatdan 7,71 mln manata kimi azalmalı olub.

Xatırladaq ki, “Unibank”ın səhmlərinin 41,91%-i fiziki şəxs olan Eldar Qəribov və 44,48%-i isə Avropa Yenidən Qurma və İnkişaf Bankına (EBRD) məxsudur.

cargo

Son xəbərlər
Oxşar xəbərlər