16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Unibank özünüməşğulluq proqramına dəstək verir®

Screen Shot 2021 09 02 at 14.34.20

Unibank Tamam Cəfərovanın ən böyük istəyini –  öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdıracaq. Ölkəmizdə qədim tikmə sənətinin azsaylı davamçılarından olan Tamam xanım bu peşəni yaşatmaq, gələcək nəsillərə ötürmək, bu sahədə kiçik biznesini qurmaq fikrindədir. Bu gözəl missiyanı həyata keçirməkdə isə Unibank ona dəstək olacaq: “Mən bu bacarıqları anamdan öyrənmişəm. Uşaqlıqdan bu işlə məşğulam. 1997-ci ildə cəbhə zonasında olan kəndimizdə minaya düşərək ayağımı itirəndən sonra da, məni həyata bu bacarıqlarım bağladı. Hər zaman arzum olub ki, bildiyim tikmə, toxuma, dərzilik sənətini genişləndirim. Amma lazımı avadanları almağa imkan olmadığından, bu arzu olaraq qalıb. İndi bu arzumu həyata keçirməkdə, öz şəxsi binesimi qurmaqda Unibank mənə dəstək olacaq. Çox sevinirəm ki, həm anamdan mənə yadigar qalan sənəti yaşadacam, həm də bu işdən əldə edəcəyim qazancla öz dolanışığımı təmin edəcəm”. 

Tovuz rayonunun Cilovdarlı kənd sakini olan Tamam Cəfərova “Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır. 

Unibank-hər kəsin bankı!

p3p1

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər