21 C
Baku
Tuesday, October 1, 2024

UNİBANK poçt işçilərinə nə hədiyyə etdi?

Adətən onlar xəbər gətirir, bizi sevindirirlər. Bu gün isə Unibank-ın onlara şad xəbəri var.  9 oktyabr Poçt işçilərinin peşə bayramı münasibəti ilə Unibank kampaniya keçirir. Oktyabrın 7-dən 14-dək davam edən kampaniya çərçivəsində poçt sahəsi işçiləri üçün ALBALI PLUS  kartları pulsuz olacaq.  Kampaniya müddətində  poçt əməkdaşları bank filiallarına pulsuz ALBALI PLUS kartı və nağd kredit üçün müraciət edə  bilər. Hazırda bankda 10.000 AZN-dək nağd  kredit cəmi 1%-lik  komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir.

Unibank hazırda  paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Albalı Plus- arzuları reallaşdıran kart!

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər