“Unibank KB” ASC-nin manatda olan əmanətlərinin faizlərinin şərtləri dəyişdirilib.
Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bank əksər əmanətlərinin illik ödəniş faiz dərəcələrini 1 faiz bəndi azaldıb.
“Yığım” əmanətinin manatda illik ödəniş dərəcəsi 8%-dən 7%-ə qədər, “Proqressiv” əmanətdə 9%-dən 8%-ə, “Müddətli” əmanətdə 11%-dən 10.5%-ə, faizlər əvvəlcədən olan əmanətdə isə 7%-dən 6%-ə qədər azaldılıb.
Qeyd edək ki, ABŞ dollarında isə bu əmanətlərin qəbulunda hər hansısa dəyişiklik baş tutmayıb.