16 C
Baku
Friday, April 26, 2024

“Unibank” qiymətli kağızlar bazarında aktivləşir, $10 milyonluq istiqraz buraxır

“Unibank”ın istiqrazları Bakı Fond Birjasında (BFB) listinqə qəbul edilib.

BFB-dən Banker.az-a verilən məlumata görə, bu gün BFB-nin Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilib. Dövlət qeydiyyatı nömrəsi AZ201100202 olan istiqrazın nominal dəyəri 10 min dollar olmaqla ümümi dəyəri 10 mln. dollardır.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.Nominal dəyəri 10 mln. dollar olan istiqrazların tədavül müddəti 6 ildir və illik gəlirlik dərəcəsi 6%-dir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər