13 C
Baku
Friday, April 26, 2024

Unibank regionlarda biznesə dəstəyini artırır

Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Bank tərəfindən verilən biznes kreditlərinin statistikasında bölgələrlə bağlı kəskin artım qeydə alınıb. Bu il bölgə sahibkarlarına 2014-cü il üçün nəzərdə tutulandan həm kreditlərin sayı, həm də məbləği baxımından daha çox biznes kreditləri verilib. Ötən ilin hesabat dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində bölgələrə ayrılan biznes kreditlərinin sayı 94% çoxdur, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb. Korporativ xidmət şəbəkəsini genişləndirən Unibank-ın bölgələrdəki yeni müştəriləri  təkcə kənd təsərrüfatı və ticarət kimi ənənəvi sahələrdə məşğul olan sahibkarlar deyil, həm də regional miqyaslı layihələri olan böyük sənayeçi və xidmət sahələrinin nümayəndələridir.

Bankın Korporativ Departamentinin rəhbəri  İqor Okayevin sözlərinə görə, bu, bankın Azərbaycanda  biznes sahəsinin inkişafına göstərdiyi dəstəyin daha da  artmasının göstəricisidir. Unibank gələcəkdə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini, bölgələrə kreditləşməni bir qədər də artırmağı nəzərdə tutur.

Unibank – biznesinizə daimi dəstək!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər