16 C
Baku
Friday, April 26, 2024

“Unibank” sədri müştərilərinin bu trendə qoşulmasını “gözlənilməz” adlandırıb

“Unibank” ASC sədri Azərbaycanda telekanallardan birinə müsahibə verib.

Banker.az bildirir ki, ARB24-ün jurnalistinin sualının qısa zaman ərzində mobil tətbiqində müştəri qeydiyyatına toxunub.

— Faiq müəllim, deməli banklar innovativ xidmətlər təklif edir müştərilərə. Bəs bunu müştərilər necə qəbul edir? Bir zamanlar kredit götürmək üçün, gəlirdik, sıralara dururduq. Sizi qane edirmi bu, qəbuletmə qaneedicidirmi?

— Hər bir xalqın bir xüsusiyyəti var. Fikrimcə bizim xalqın da bir dəyərli xüsusiyyəti var. Biz sürətlə öyrənməyə meylilik və bunu da bacarırıq. Biz gözləməzdik ki, bizim mobil tətbiqimiz qısa bir müddətdə 100 minlərlə qeydiyyatdan keçən müştərimiz olsun. Bizim hal-hazırda 1 mln-a yaxın müştərilərimiz var. Bura sahibkar, fərdi vətəndaşlar və s. daxildir. Onlayn bankçılıq trendi həftəlik, aylıq hesabatlarını müqayisə edib görürük ki, böyük inkişafla dəyişir. Bu bizi qane edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər