13 C
Baku
Saturday, November 23, 2024

“Unibank” səhmdarlarını yığıncağa çağırır

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların
növbədənkənar Ümumi Yığıncağı 26 sentyabr 2023-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən
idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən geri alınmış öz
səhmləri barədə.
3. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin korporativ
sənədlərində/ aktlarında dəyişikliklər edilməsi haqqında.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın
Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və
katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər