11 C
Baku
Tuesday, November 26, 2024

“Unibank” səhmdarlarının gündəliyinə daha bir mühüm məsələ daxil edildi

“Unibank KB” ASC səhmdarları 22 fevral 2018-ci il tarixində keçirləcək növbədən kənar yığıncağın gündəliyinə daha bir məsələni daxil ediblər. (bundan öncəki açıqlama)

Banker.az bildirir ki, bu barədə kommersiya bankının İdarə Heyətinin açıqlamasında deyilir.

Məlumata görə, Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə “Unibank” KB”nin Audit Komitəsinin üzvlərinin əməyinin ödənilməsi məsələsinin baxılması daxil edilib.

Səhmdarlar yığıncağın gündəliyinə əlavə edilmiş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri,Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

 

Son xəbərlər
Digər xəbərlər