15 C
Baku
Saturday, May 18, 2024

Azərbaycanın böyük bankı səhmlərinin bir hissəsini geri alacaq

06 dekabr 2022-ci il tarixində “Unibank” Kommersiya Bankı” ASC səhmdarlarınnın növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə dəyişikliklər edilməsi barədə.

2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi barədə.

3. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin bir hissəsinin geri alınması barədə.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər