Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib

®Unibank Novruz bayramı münasibətilə Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edib. Sosial məsuliyyət təşəbbüsü çərçivəsində həyata keçirilən bu tədbirin əsas məqsədi uşaqlara bayram sevincini yaşatmaq, onların sosial inteqrasiyasına dəstək olmaq və cəmiyyətin həssas qruplarına diqqəti artırmaq olub.

Tədbirdə 40-a yaxın uşaq iştirak edib. Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar və interaktiv proqramlar təşkil olunub. Novruzun ən sevilən personajları olan Kosa və Keçəl tədbirə xüsusi rəng qataraq, uşaqlarla ünsiyyət qurub, onları əyləndirib və bayram ab-havasını daha da canlandırıb.

Bank tərəfindən tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilib. Tədbir uşaqlara sevinc bəxş etməklə yanaşı, onların diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədi daşıyıb. Tədbirdə uşaqların valideynləri də iştirak edərək bu təşəbbüsü yüksək qiymətləndirib və belə sosial layihələrin əhəmiyyətini vurğulayıblar.

Bank sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata keçirilməsini davam etdirir. Bu kimi təşəbbüslər vasitəsilə həmrəyliyin gücləndirilməsi, inklüzivliyin təşviqi və bayram dəyərlərinin paylaşılması əsas prioritetlərdəndir.

Unibank- Sənin Bankın!

2 7 scaled 29A6165

 

Son xəbərlər
Digər xəbərlər