Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyasının müddətini martın 31-dək uzadıb. Ayın sonunadək Unibankdan kredit götürmək istəyən bütün təqaüdçülər 10.000 AZN-dək krediti komissiyasız əldə edə biləcəklər. Təqaüdü 100 manatdan başlayan hər bir təqaüdçü Unibanka yaxınlaşaraq, krediti 0% komissiya ilə əldə etmək üçün müraciət edə bilər.
Unibankdan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:
– komissiya 0%;
– kreditin məbləği 10.000 AZN-dək;
– sığorta xərci yoxdur;
– zamin tələb olunmur;
– kreditin ödəniş tarixini müştəri özü təyin edir;
– cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;
– kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.
Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan, www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir.
Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.