28 C
Baku
Saturday, July 27, 2024

“Unibank” KB ASC-nin istiqrazlarının tədavül müddətini uzadılmışdır

Banker.azın verdiyi məlumata görə, “Unibank” KB ASC-nin İdarə Heyətinin 20 may 2016-cı il tarixli Qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 15 noyabr 2016-cı il tarixinədək uzadılmışdır.
Bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.10-cu, 1.12-ci və 1.13-cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilmiş və həmin dəyişikliklər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Son xəbərlər
Digər xəbərlər