24 C
Baku
Friday, October 4, 2024

Unibank Xaçmazda filial açdı

Unibank daha bir filialını Xaçmazda açdı. Xaçmaz şəhərinin mərkəzində, mərkəzi poçtun yaxınlığında, Nəriman Nərimanov küçəsi, 19A ünvanında yerləşən yeni filial, Xaçmaz və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq.

Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Son xəbərlər
Digər xəbərlər