27 C
Baku
Monday, June 17, 2024

Unibank yenə lider oldu

Unibank 3 nominasiya üzrə lider bank seçilib. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 2 nominasiya üzrə 1-ci, bir nominasiya üzrə isə 2-ci yerin qalibi olub:

  • “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yer;
  • “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə 1-ci yer;
  • “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 2-ci yer.

Unibank bazarda elektron ticarət göstərən lider banklar siyahısındadır. Bank öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın  tərəfdaşları sırasında bu gün 200-dən artıq internet ticarətçisi var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər.

Unibank-ın ölkədə  nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin inkişafına verdiyi töhfədə Unibank Mobile əlavəsinin də xüsusi rolu var. Azərbaycanın ən çox yüklənən və ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile istifadəçilərinin sayı 100.000-i ötüb.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

Son xəbərlər
 ⁠
Digər xəbərlər