24 C
Baku
Monday, April 29, 2024

“Unibank”a 49 mln. manat yatırım etdilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) və “KfW Bankengruppe” banklar qrupunun tabe təşkilatı olan DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH) “Unibank” ASC-nin nizamnamə kapitalını ümumilikdə 49 mln. manatadək (ABŞ dollar ekvivalenti ilə) artırmaq üçün güclərini birləşdiriblər.

EBRD-nin Bakı ofisindən verilən məlumata görə, adıçəkilən beynəlxalq maliyyə təşkilatı nizamnamə kapitalının artmasına “Unibank”dakı mövcud hesabının 9 mln. dollaradək olan hissəsini yeni adi səsli səhmlərə çevirməklə öz payını 22%-ə çatdırmaqla töhfə verib.
DEG isə bankdakı hesabının 15 mln. dollaradək olan hissəsini yeni adi səsli səhmlərə çevirib və öz payını 27,6%-ə çatdırıb.

“Unibank”ın əsas səhmdarı Eldar Qəribov 10 mln. manat dəyərində yeni adi səhmlərə abunə olub və digər yerli səhmdarlarla birlikdə bankda nəzarətçi payını qoruyub saxlayıb.
“EBRD Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapital bazasının gücləndirilməsində iştirak etməklə dəstək göstərir. Bu dəstək bankın yerli valyuta olan manatın devalvasiyasının təsirindən çıxmasına kömək edəcək və bankın yerli iqtisadiyyatı yenidən kreditləşdirməyə başlamasına imkan verəcək”, – EBRD-nin Bakı ofisinin rəhbəri İvana Duarte bildirib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər