Unibank rəhbərliyinin qərarı ilə Sevda Əliyeva “Unibank” ASC-yə Transformasiya üzrə baş inzibatçı təyin edilib.
Banker.az bu barədə “Unibank”ın verdiyi məlumata istinadən xəbər verir.
Sevda Əliyeva Unibank komandasına qoşulanadək “Azercell”, “Kcell” ,“Jump Marketing Agency” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. “Unibank”dan əvvəl isə o, Paşa Bank-da çalışıb. Sevda Əliyeva BDU-da bakalavr təhsili alıb və telekommunikasiya üzrə təhsilini Böyük Britaniyanın İnformasiya Texnologiyaları Akademiyasında davam etdirib.