12 C
Baku
Monday, November 18, 2024

“Unibank”da əmək haqlarının müzakirəsi üçün yığıncaq keçiriləcək

Dekabrın 25-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın idarəetmə orqanlarına təyinatlar və həmin orqanların üzvlərinin əmək haqlarının müəyyən edilməsi məsələsi daxildir. 

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 77,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər