20 C
Baku
Wednesday, April 24, 2024

Unibankda biznes kreditləri komissiyasız oldu

Öz biznesinizi böyütmək üçün ən uyğun vaxtdır. Çünki 25 illik yubileyi münasibəti ilə Unibank biznes kreditləri ilə bağlı aksiya keçirir. Bu aksiya çərçivəsində sentyabırın sonunadək Unibank-dan kredit götürən biznes sahibləri, çox sərfəli kreditləri KOMİSSİYASIZ əldə edə biləcəklər.

İdarə Heyəti sədrinin korporativ bank xidmətləri üzrə müavini İqor Okayev bildirib ki, Unibank kiçik və orta sahibkarlığın kreditləşdirilməsində daim bazarın lideri olmaq ənənəsinə malikdir və demək olar ki, bank yarandığı vaxtdan bu günədək-  25 il ərzində davamlı olaraq bu fəaliyyətlə məşğul olur: “ Yaxın illərdə korporativ komandamızın qarşısında bu istiqamətdə bazar payının artırılması ilə bağlı iddialı hədəflər var. İqtisadiyyatda müsbət tendensiyaların artması, qeyri-neft sektorunun tədricən  inkişafı, 2017-2019-cu illərə nəzərdə tutulan iri neft-qaz, infrastruktur və logistika layihələrinin həyata keçirilməsi, biznes mühitində yaxşılaşmalar, ölkədə aparılan islahatlar nəticəsində, yaxın illərdə biznesin inkişafı üçün çox böyük potensial görürük. Qarşıdakı illər ərzində, biz rəqəmsal bankçılıq sahəsində bir çox layihələri həyata keçirməyi, həmçinin daxili proseslərin avtomatlaşdırılması,  mobil və internet platformalarının inkişafını planlaşdırırıq. Bizim əsas vəzifələrimizdən biri də  onlayn seqmentdə iştirakın genişləndirilməsidir”.

Biznes sahibləri aksiyada iştirak və Unibank-ın yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”  “Yasamal” filialları və  “Unibank- biznes mərkəzi”nə,  eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər