“Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov və İdarə Heyətinin sədri Faiq Hüseynov da bankda yeni emissiya edilən səhmlər alıblar.
Banker.az-ın əldə etdiyi məlumata görə, Müşahidə Şurasının sədri Eldar qəribov 3 792 950 ədəd və İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”da 12 237 ədəd adi, sənədsiz adlı səhm alıblar.
Səhmlərin hər birinin nominal dəyəri 2.72 manat təşkil etdiyini nəzərə alsaq, Eldar Qəribovda bu 10 316 824 manat, Faiq Hüsynovda isə bu 33 284.64 manat əqd məbləği deməkdir.
Bu əqdin bağlanmasından sonra Eldar Qəribovun bankdakı ümumi səhmlərinin sayı45 447 313 ədəd (payı: 86.6960%) Faiq Hüseynovun cəmi səhmlərinin sayı 146 631 ədəd ( 0.2797 %) təşkil edəcək.
Onlarla bərabər Müşahidə Şurasının sədr müavini Emin Quliyev də bankda 15 716 ədəd yeni səhm alıb.