“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların
növbədənkənar Ümumi Yığıncağı 13 fevral 2024-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən
idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə maliyyə
nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın
Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və
katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.