7 C
Baku
Thursday, December 12, 2024

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların
növbədənkənar Ümumi Yığıncağı 24 iyun 2021-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. 2020-ci il üzrə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin kənar
auditoru tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış maliyyə hesabatlarının
təsdiqi.

2. Digər məsələlərin müzakirəsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər