26 C
Baku
Saturday, April 27, 2024

“Unibank”da yeni təyinat olub

“Unibank KB” ASC rəhbərliyinin qərarı ilə Əfqan Baxışov Baş Hüquq və Komplayens inzibatçısı vəzifəsinə təyin olunub. Bu barədə Banker.az-ın xəbərində deyilir.

O, bundan əvvəl, yəni 2019-cu ilin noyabrından 2021-ci ilin martına qədər “AccessBank”ın Baş Hüquq və Komplayens üzrə İcraçı Direktoru vəzifəsində çalışıb. Əfqan Baxışov  Bakı Dövlət Universitetində və İngiltərənin Mançester Universitetində hüquq sahəsi üzrə təhsil alıb. 

Ə.Baxışov Maliyyə Bazarlarına Nəzarət Palatasında, Azərbaycan Respublikasının Təhsil Nazirliyində müxtəlif sahələrdə idarəedici vəzifələrdə işləyib. 

Əfqan Baxışov eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər