1 C
Baku
Saturday, December 14, 2024

Unibankdan biznesinizə daha bir dəstək: Onlayn Əmək Haqqı layihəsi!

Unibank onlayn xidmətlərini genişləndirərək, biznes müştərilərinə banka gəlmədən əmək haqqı layihəsinə qoşulmaq, həm kartların sifarişi, həm də çatdırılmasını onlayn qaydada həyata keçirmək imkanı yaradıb.

Belə ki, müştəri Asan İmza ilə İnternet Banking sisteminə daxil olaraq, əmək haqqı layihəsinə qoşulur və əməkdaşların məlumatlarını daxil etməklə, əmək haqqı kartlarını sifariş edir. Kartlar hazır olduqdan sonra, bank tərəfindən şirkətə çatdırılır. 

“Unibank”ın əmək haqqı layihəsinə qoşulmağın üstünlükləri

—24/7 rejimdə əmək haqqı ödənişlərinin vahid fayl formasında onlayn köçürülməsi imkanı və dərhal kartlara oturması; 

— Kartların istənilən ünvana çatdırılması;

— Əməkhaqqının ödənilməsi üçün overdraft kreditləşdirilməsi;

— Əmək haqqı kartının sahiblərinə güzəştli şərtlərlə istehlak krediti ayrılması imkanı;

—Mobil bankinq  xidmətinə qoşulmaqla, kart sahiblərinin günün istənilən vaxtında kart hesabına nəzarət etməsi,ödənişləri həyata keçirməsi;

—Pulsuz SMS Banking xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından https://online.unibank.az/corporate/ əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!

 

Son xəbərlər
Digər xəbərlər