-3 C
Baku
Sunday, December 15, 2024

Unibankdan ilin ilk biznes kampaniyası: 0% komissiyalı kredit®

İl bitdi, kampaniya bitdi -deməyin! Çünki “Unibank”da yeni kampaniya başlayıb. 2020-ci ildə biznesinizlə bağlı böyük hədəfləriniz varsa, bu kampaniya sizin üçün əla fürsət olacaq. Məbləğindən, müddətindən, istiqamətindən asılı olmayaraq, indi “Unibank”da bütün biznes kreditləri 0%  komissiyalıdır. İstədiyiniz məbləğdə biznes kreditini komissiyasız götürün və biznesinizi böyüdün!

“Unibank”ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

  • Sərfəli tariflər;
  • Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
  • Hesabın onlayn açılması;
  • Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
  • Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
  • Sənəd dövriyyəsinin minimuma endirilməsi;
  • Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
  • Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Mikro kredit götürmək istəyən iş adamları isə “Unibank”ın  “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına  müraciət edə bilərlər.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Son xəbərlər
Digər xəbərlər