Əgər hələ də Unibank-dan Visa Gold, Visa Platinum kartın yoxdursa, bu kartlardan birinə sahib olmaq üçün gözəl fürsətdir. Çünki, Unibank Visa şirkəti ilə birgə iyunun 23-dən iyulun 23-dək böyük güzəştlər və hədiyyələr dolu bir kampaniyaya başladı. Bu tarixlərdə bankdan Visa Gold və Visa Platinum kartlarından hər hansı birini alan müştəriyə kartın illik xidmət haqqına, həmçinin sığorta depozitinə 50% endirim ediləcək. Kampaniya müddətində sahib olacağınız Visa kartları sizə əsl çempionat əhvalı bəxş edəcək. Çünki iyulun 23-dək Unibankdan Visa Gold və Visa Platinum kartı alan bütün müştərilərə FİFA 2014-Braziliya Futbol çempionatının aksesuarlar hədiyyə olunacaq.
Unibank-ın Visa kartına sahib olmağın daha bir üstünlüyü də var. Unibank kartına sahib müştərilər, avqustun 31-dək davam edən, “Kredit kartınızla əməliyyat edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının iştirakçısıdırlar.Unibank-ın kredit kartı ilə Azərbaycan və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştərilərin həyata keçirdikləri hər 10 AZN/USD-lik əməliyyat, 1 şans kimi qiymətləndirilir.Ümumi uduş fondu 54.000 manat təşkil edən lotereyanın 4 tirajında 732 qalib seçiləcək.
Unibank-ın Visa kartlarına sahib olan şəxslər hesablarına köçürülən pulu daha tez almaq imkanına malikdirlər. Çünki Unibank-ın qoşulduğu Visa-nın Visa Direct -uzaq məsafədə tez köçürmələr xidməti, dünyanın istənilən ölkəsindən Azərbaycanın ən ucqar bölgəsinə belə, qısa müddətdə pul köçürməsini mümkün edir. Visa Direct xidmətindən istifadə edərək, müştərilər Unibankın bankomatları vasitəsilə pul köçürə biləcəklər.
Artıq Unibank-ın Visa plastik kartları ilə internetdə təhlükəsiz ödəniş daha rahat olub. 3 D Secure xidmətində edilən yeniliyin- Dinamik (dəyişkən) kodun köməyi ilə daha hər dəfə internet ödənişi zamanı kodu yadda saxlamağa ehtiyac yoxdu və kodu unutsa belə problem yaranmayacaq. Çünki müştəri bu xidmətə qoşulmuş kartla internetdə hər dəfə ödəniş edən zaman, dəyişkən 3D Secure kodu bir neçə saniyə ərzində onun Bankda qeydiyyatda olan mobil telefon nömrəsinə göndəriləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.