13 C
Baku
Friday, November 22, 2024

“Unibank”ın 11.19 milyon manatlıq səhmləri dövriyyədən çıxarılır

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin geri satın alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bankın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı qərar qəbul edib.

Bu barədə Banker.azın əldə etdiyi məlumatda bildirilir.

Qərara müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2.72 manat olan, AZ1003002024 dövlət qeydiyyat nömrəli 4 112 487 ədəd sənədsiz adi adlı səhmlərin dövriyyədən çıxarılması barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən qeydlər edilib.

Qeyd edək ki, bu səhmlərinin ümumi nominal dəyəri 11 185 965 manat edir.

Bankın nizamnamə kapitalı 2022-ci ilin avqustunda artırılaraq 142 586 357 manata yüksəldilmişdi.

Son xəbərlər
Digər xəbərlər