30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank” ASC-nin tədavül müddəti 6 il, nominal dəyəri 1 000 ABŞ dolları olan AZ2014002029 dövlət qeydiyyat nömrəli, 12 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 1 000 ABŞ dolları (8.0%) və 1 019 ABŞ dolları (7.6027%) olan 26 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti 1.000 ABŞ dolları (8%) və orta ölçülmüş qiyməti 1 000.0242 (7.9995%) ABŞ dolları müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 8%, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 12 milyon ABŞ dolları təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.