18 C
Baku
Wednesday, April 24, 2024

Unibankın dəstəyi ilə Paralampiya komandası dünya çempionatında çıxış edir®

Azərbaycanın Güllə atıcılığı üzrə paralimpiya yığma komandası  Dünya Çempionatında iştirak edir. 7-17 oktyabr tarixlərində Avstraliyada keçiriləcək dünya çempionatında Azərbaycanı Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının baş məşqçi Əkbər Muradovun rəhbərliyi ilə iki idmançı – Yelena Taranova və Kamran Zeynalov təmsil edir. Bu yarış “Tokio 2020” VI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya xalları qazandırır.

Komandanın dünya çempionatında iştirakına Unibank dəstək verir.  Qeyd edək ki, Unibank 2020-ci ilədək Güllə atıcılığı üzrə paralimpiya yığma komandasının dəstəkçisidir. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb. Bank 2020-ci ilədək milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olmaqla yanaşı, komandanın inkişafına da dəstək verir.

 

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər