26 C
Baku
Saturday, July 27, 2024

“Unibank”ın depozit portfeli son bir ildə 48% böyüyüb

“Unibank”  cəmi aktivləri 2019-cu il 30 iyun tarixində  799,494 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrüylə müqayisədə 29% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən edərək xəbər verir.

2019-cu ilin 30 iyun tarixində müştərilərə verilmiş kreditlər 404,703 mln manat olub ki, bu da ötən illə nisbətən  kredit portfelinin 22% artması deməkdir.

Cari ildə bankın cəmi öhdəlikləri 25,4% artaraq 681,029 mln manat təşkil edib.”Unibank”ın müştəri hesabları isə 529,229 mln manat olub. Belə ki, bankın 2019-cu ildə depozit portfeli ötən illə müqayisədə 47,5% artıb.

“Unibank”ın cəmi kapitalı isə 118,464 mln manat təşkil edib.

Xatırladaq ki, “Unibank”ın səhmlərinin 41,91%-i fiziki şəxs olan Eldar Qəribov və 44,48%-i isə Avropa Yenidən Qurma və İnkişaf Bankına (EBRD) məxsudur. 

Son xəbərlər
Digər xəbərlər