“Unibank” cəmi aktivləri 2019-cu il 30 iyun tarixində 799,494 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrüylə müqayisədə 29% artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən edərək xəbər verir.
2019-cu ilin 30 iyun tarixində müştərilərə verilmiş kreditlər 404,703 mln manat olub ki, bu da ötən illə nisbətən kredit portfelinin 22% artması deməkdir.
Cari ildə bankın cəmi öhdəlikləri 25,4% artaraq 681,029 mln manat təşkil edib.”Unibank”ın müştəri hesabları isə 529,229 mln manat olub. Belə ki, bankın 2019-cu ildə depozit portfeli ötən illə müqayisədə 47,5% artıb.
“Unibank”ın cəmi kapitalı isə 118,464 mln manat təşkil edib.
Xatırladaq ki, “Unibank”ın səhmlərinin 41,91%-i fiziki şəxs olan Eldar Qəribov və 44,48%-i isə Avropa Yenidən Qurma və İnkişaf Bankına (EBRD) məxsudur.