21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Unibank Kommersiya Bankı” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2018002025 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli Hərrac |
İstiqrazların sayı | 4,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 ABŞ dollar |
Buraxılış həcmi | 4,000,000 ABŞ dollar |
İllik gəlirlilik faizi | 8% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti | 6 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 4,000,000 ABŞ dollar |
Reallaşdırılmış həcm | 4,000,000 ABŞ dollar |
Hərrac qiyməti | 1,000 ABŞ dollar |
İnvestor sayı | 61 |
Sifariş sayı | 61 |
Anderrayter | “Unicapital İ.Ş.” ASC |