13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Unibank”ın İdarə Heyətinin tərkibində dəyişiklik ediləcək

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 17 noyabr 2021-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncaqda “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi nəzərdə tutulmuşdur.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Qeyd edək ki, “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov, İdarə Heyətinin üzvü
Maliyyə üzrə Direktor, Baş maliyyə inzibatçısı Faiq Zeynalov, İdarə Heyətinin üzvü,
İdarə Heyəti Sədrinin müavini, Baş Risk İnzibatçısı, İcraçı direktorun birinci müavini Fərid Abuşov, İdarə Heyətinin üzvü Emin Rəsulzadədir.

Son xəbərlər
Oxşar xəbərlər
X