-1 C
Baku
Sunday, December 15, 2024

“Unibank”ın İdarə Heyətinə yeni sədr müavini təyin ediləcək

Oktyabrın 28-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Səhmdarlar “Unibank”ın İdarə Heyətinin sədr müavininin təyin edilməsi məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “MBank” və 1994-cü ildən möcvud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhm əsasında formalaşıb.

Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 8,33%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 15,2%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər